Bir qədər əvvəl Bakının Heydər Əliyev prospektində (hava limanından mərkəz istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.