Bakının Heydər Əliyev prospektinin Olimpiya stadionu yaxınlığından keçən hissəsində (şəhər istiqamətində) sıxlıq yaranıb.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, sıxlığa səbəb həmin ərazidə yol-nəqliyyat hadisəsinin baş verməsidir.