Bakının Heydər Əliyev prospektində baş verən qəzanın görüntüləri yayılıb

Bakının Nizami rayonunun Heydər Əliyev prospektində baş verən qəzanın görüntüləri yayılıb.

“Report” qəzanın görüntülərini təqdim edir:

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakının Nizami rayonunun Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib:
“Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür”.

Digər xəbərlər