Bakının ən böyük ticarət mərkəzindən 40 min manat oğurlanıb - ƏLAVƏ OLUNUB

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində yerləşən geyim dükanından oğurluq olub.

“Report”un xəbərinə görə, ticarət mərkəzindəki “United Color of Benetton” geyim dükanının kassasından 40 min manat pul oğurlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, “Gənclik Mall” Bakının ən böyük ticarət mərkəzidir.

***

Məsələ ilə bağlı “Paşa İnşaat Ticarət Mərkəzləri” qrupundan “Report”a bildirilib ki, “Gənclik Mall”dakı satış əməliyyatı və maliyyə məsələlərinə birbaşa dükanlar məsuliyyət daşıyır: “Gənclik Mall” ticarət mərkəzi dükanları sadəcə icarəyə verir”.

Digər xəbərlər