Bakının Binəqədi rayonu ərazisində yol qəzası baş verib - FOTO

Bakı. 19 avqust. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza paytaxtın Abay Kunanbayev küçəsində qeydə alınıb.

Qəza "Volkswagen Passat" markalı avtomobilin "VAZ – 2107" ilə toqquşması nəticəsində baş verib. Hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.

Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47