Bakıda avtomobildən pul oğurlayan şəxs saxlanılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıda avtomobildən pul oğurlayan şəxs saxlanılıb.

"Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Heydərəli Hənifəyevə məxsus avtomobildən 200 manat və 800 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vüsal Şahbazov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50