Bakıdan Naxçıvana gedən sərnişindən heroin aşkarlanıb

Bakı-Naxçıvan reysi ilə Naxçıvana gedən sərnişinin üzərindən heroin aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Naxçıvana gələn M.Vəliyevi saxlayıblar.

Axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47