Bakıda zəncirvari qəza olub, 7 avtomobil toqquşub

Bakıda zəncirvari qəza baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobillərdən biri idarəetməni itirib. Nəticədə 7 maşın bir-biri ilə toqquşub. Avtomobillərdən 3-nün qabaq hissəsi çox əzilib, digər maşınlara da ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12