Bakıda zəncirvari qəza olub, 4 avtomobil toqquşub

Bakıda zəncirvari yol qəzası olub.

"Report"un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə prospektində qeydə alınıb.

Belə ki, prospektdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Daha sonra "VAZ-2107" markalı maşın qarşı tərəfdən gələn "Hyundai" markalı avtomobillə toqquşub və əks yolda park edilmiş digər 2 avtomobilə çarpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26