Bakıda zəncirvari qəza baş verib, yolda sıxlıq yaranıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində (mərkəzə doğru) zəncirvari avtomobil qəzası baş verib. 

"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi ərazidə avtomobillərin hərəkətində sıxlıq yaradıb. 

Bundan başqa, Koroğlu Rəhimov küçəsində (Fətəli xan Xoyski prospekti istiqamətində), habelə Tbilisi prospektində (hər iki istiqamətdə) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. 

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14