Bakıda yük və minik maşınları toqquşub, iki qadın xəsarət alıb

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, "Kamaz" və "VAZ-2107" markalı yük və minik maşınlarının toqquşması nəticəsində 1963-cü il təvəllüdlü Məmmədova Şəhla Habil qızı və 1988-ci il təvəllüdlü Abbasova Gülü Həvasət qızı ciddi xəsarət alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Ş.Məmmədovaya kəllə-beyin travması və dişlərinin çoxsaylı sınığı, G. Abbasovaya isə sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37