Bakıda yolu keçən kişini avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

İnşaatçılar metrosunun yanında yolu keçən 1976-ci il təvəllüdlü Məmmədov Arif Aydın oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

İlqar Abdullayev

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26