Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub

Bakı. 26 aprel. REPORT.AZ/ Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binə qəsəbəsi, "Südçülük savxozu" adlanan ərazidə qeydə alınıb.

1984-cü il təvəllüdlü Əhmədov İsrail Əhmədliyə oğlu yolu keçmək istəyərkən "Jiquli" markalı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Xəzər rayon şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38