Bakıda 24 yaşlı gənci avtomobil vurub.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
“Yaşıl bazar”ın qarşısında yolu keçən 1997-ci il təvəllüdlü Musayev Salman Süleyman oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.