Bakıda yol qəzasında gənc oğlan xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Fəhlə prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Qasımov Elçin Cəlil oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər