Novxanıda yol qəzasında 5 yaşlı uşaq xəsarət alıb

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Novxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2016-cı il təvəllüdlü Əziz Məhəmməd Elgün oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər