Bakıda yol qəzası zamanı işıqfor dirəyi yararsız vəziyyətə düşüb

Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza nəticəsində 1 ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.

Xəbər lenti