Bakıda yol qəzası sıxlığa səbəb olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə aeroport şosesində, hava limanı körpüsünə gedən yolda, Mərdəkan istiqamətində qeydə alınıb.
Nəticədə yol-nəqliyyat hadisəsi həmin istiqamətdə sıxlığa səbəb olub.