Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakının Qaradağ rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 2012-ci il təvəllüdlü Balakişiyev Rafiq Ziyəddin oğlu və 1989-cu il təvəllüdlü Əzimova Leyli Adil qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər