Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəza zamanı 1955-ci il təvəllüdlü Muradov Fuad Firuz oğlu və 1995-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fərhad oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. F.Muradova sağ dirsək və çanaq sümüyünün qapalı sınığı və M.Hüseynova isə qapalı kəllə beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47