Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Ə. A. xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.