Bakıda yol qəzası olub, ölən və yaralananlar var.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlunat verilib.
Belə ki, yanvarın 17-də saat 20 radələrində paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Şərifovun idarə etdiyi “Opel” və F.Orucovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.
Nəticədə “KİA” markalı avtomobildə olan sərnişin - paytaxt sakini M.Qarayev hadisə yerində ölüb, sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.