Bakıda yol qəzası oldu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatlna görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əzizağa Həsənov xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud çanağının əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05