Bakı. 19 noyabr. REPORT.AZ/ Bakıda yol polisini vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 18-də saat 01:15 radələrində, Xətai prospektində avtoxuliqanlıq edərək Yol Patrul Xidməti Alayının inspektoruna xəsarət yetirməkdə şübhəli bilinən, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Namik Xanəliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.