Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Bakının Qaradağ rayonunda 47 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Abdullayev Rasim Əliağa oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub.

Hadisə zamanı xəsarət alan R.Abdullayev təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29