Bakıda yol kənarında dayanan qadını motosiklet vurub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, 1986-ci il təvəllüdlü Süleymanova Səbinə Nemət qızı Azadlıq prospektində yol kənarında dayanan zaman onu motosiklet vurub.

Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Motosikletin sürücüsü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47