Bakıda yol kənarında dayanan gənc oğlanı avtomobil vurub

Bakı. 22 mart. REPORT.AZ/ Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsində baş verib.

Qeyd olunur ki, "Ayxan" marketin qarşısında dayanan 26 yaşlı Abdullayev Şamil Böyük oğlunu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39