Bakıda minik avtomobili yeniyetməni vurub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, "Nargilə" dairəsi kimi tanınan ərazidə yolu keçən 13 yaşlı Zülfüqarov Amay İlqar oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48