Bakıda yeniyetməni avtomobil vurub

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 15 yaşlı Elnur Əlirzayev Günəşli qəsəbəsində yolu keçmək istəyən zaman qeydə alınıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü Xətai Rayon Polis İdarəsinə aparılıb.

Digər xəbərlər