Bakıda yeniyetmə qətl törədib

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda yeniyetmə oğlan 44 yaşlı kişini qətlə yetirib.

“Report” xəbər verir ki, hadisə Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 2003-cü il təvəllüdlü Elvin Bayramov kirayə yaşadığı evdə 1974-cü il təvəllüdlü Əhəd Əhmədovu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. E.Bayramov saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47