Bakıda yeniyetmə mübahisə etdiyi şəxs tərəfindən döyülüb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda yeniyetmə döyülərək xəstəxanaya yerləşdirilib.

"Report"un xəbərinə görə, 2004-cü il təvəllüdlü Cavadzadə Orxan Telman oğlu yaşadığı binanın yaxınlığında tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı o döyülüb. Yaralı bədən və üz nahiyələrindən aldığı sınıq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14