Bakı. 3 fevral. REPORT.AZ/ Bakının Binəqədi rayonun bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.
1966-cı il təvəllüdlü Rəhmanova Sürəyya Mirzə qızı evdə iş görən zaman onu elektrik cərəyanı vurub. Qadının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib.
Həkimlər S.Rəhmanovanın vəziyyətini sabit-orta ağır kimi qiymətləndirir.