Bakıda yaşlı kişini maşın vurub

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 50 yaşlı Şahmərdanov Arif Əlimərdan oğlu Balaxanıda yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36