Bakıda yaşlı kişi yaşadığı evin eyvanından yerə yıxılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yaşlı kişi binanın ikinci mərtəbəsindən yerə yıxılıb.

"Report" xəbər verir ki, hadisə 1958-ci il təvəllüdlü Həsənov Hafiz Hilal oğlu yaşadığı mənzilin eyvanında olan zaman baş verib.

Eyvandan yerə yıxılan kişi bədənin müxtəlif nahiyələridən sınıq xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49