Bakıda 50 yaşlı kişi özünü öldürüb

Bakı. 5 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, Maştağa qəsəbəsində 1967-ci il təvəllüdlü Cabbarov Lütfəli Ağəli oğlu sol qolunu ülgüclə kəsərək canına qəsd edib.

Nəticədə çoxlu qan itirən kişi dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26