Bakıda yaşayış evinin damından meyit tapılıb

Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda evlərdən birinin damında meyit tapılıb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Xətai rayonu Babək prospekti ev 11-in damında Bakı şəhər sakini Tofiq Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48