Bakıda yaşayış binasının lifti yanıb

Bakı. 3 iyul. REPORT.AZ/ Paytaxtda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. 

Belə ki, rayonda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində liftin yanar hissələri yanıb. Mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 16:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48