Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin divar üzlüyü 4 m² sahədə və binanın dam örtüyü 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48