Bakıda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünün 45 kvadrat metr ərazisi yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb.