Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 10 ədəd qoruyucu açar və 0,8 p.m kabel yanıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.