Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanına yığılan tikinti materialları 3 m² sahədə yanıb. 

"Report" FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14