Bakıda yanmış məişət tullantılarının arasından cəsəd tapılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanıb.  "Report"  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, burada bir nəfərin yanmış cəsədi aşkar edilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər