Bakıda yanğın zamanı 1 nəfər xəsarət alıb

Bakı. 26 mart. REPORT.AZ/ Günorta saatlarında Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus 3 otaqlı evin iki otağının yanar konstruksiyaları və ev əşyaları 35 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33