Bakıda yanğın olub, iki nəfər ölüb

Bakıda sexdə yanğın olub.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verib.

Hadisə nəticəsində 2 nəfər sexin içərisində yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45