Bakıda məişət tullantıları yanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.
Qeyd edilib ki, FHN-in yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
14.03
Bakının Xətai rayonu ərazisində yanğın başlayıb.
“Report” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri və texnikası cəlb olunub.
Belə ki, 8 Noyabr prospektində məişət tullantıları yanır.
Hazırda FHN-in yanğından mühafizə qüvvələri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.