Bakıda xəstəxanadan qaçan şəxs itkin düşüb

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda xəstəxanadan qaçan şəxs itkin düşüb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Məlumata görə, orada müalicə olunan 1987-ci il təvəllüdlü Cəfərov Nizami xəstəxanadan qaçıb və itkin düşüb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39