Bakıda xəsarətlə nəticələnən yol qəzası olub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1980-ci il təvəllüdlü Əliyev Nizami İsmayıl oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47