Bakıda velosipedçini avtomobil vurub

Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda velosiped sürən şəxsi avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zığ qəsəbəsində velosipedlə yolu keçən 1983-cü il təvəllüdlü İsmayılov Heydər Azad oğlunu avtomobil vurub.

Nəticədə velosipedçi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər