Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri "Mərkəz" vəkil bürosunun müdiri Sərdar Qasımov 62 yaşında vəfat edib.
Bu barədə "Report"a Kollegiyadan məlumat verilib.
Qeyd edək ki, Sərdar Qədir oğlu Qasımov 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olub. O, əmək fəaliyyətinə 1973-cü ildə Ağdam rayonunda 43 nömrəli Tikinti İdarəsində fəhlə kimi başlayıb, daha sonra həmin rayonda müxtəlif təsərrüfat müəssisələrində hüquqşünas olaraq işləyib.