Bakıda üzərində silah-sursat gəzdirən şəxs tutuldu

Bakı sakinində silah-sursat aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Post Paxtrul Xidməti əməkdaşlarının birgə keçirdiyi müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində silah-sursat daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.Bağırov müəyyən olunaraq saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman nömrəsi silinmiş “Makarov” tipli tapança və silaha məxsus 8 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47